ABŞ-dan Ermənistana SƏRT XƏBƏRDARLIQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın vitse-prezidenti Mayk Pens Estoniya, Gürcüstana və Çernaqoriyaya səfərlərində prezident Donald Trampın müraciətini çatdırdı.  

ABŞ-ın vitse-prezidenti Mayk Pens Estoniya, Gürcüstana və Çernaqoriyaya səfərlərində prezident Donald Trampın müraciətini çatdırdı. 

O, bildirdi ki, ABŞ Şərqi Avropada müttəfiqlərin yanındadır və onları “Rusiya təcavüzündən” müdafiə etməyə hazırdır.

Publika.az xəbər verir ki, məşhur Amerika politoloqu Pol Qobl Trampın müraciətinin həmçinin Ermənistana aid olduğunu hesab edir.

“ABŞ zamanla Ermənistana Rusiya prizmasından baxacaqlar. Əgər İrəvan Moskvanı müdafiə edəcəksə, onda çətin ki, onun ABŞ-la münasibətləri genişlənəcək”, – Qobl “1in.am” saytı ilə söhbətində deyib.

Maykl Pensin səfəri Konqres tərəfindən Rusiyaya qarşı yeni sanksiyaların qəbulu ilə üst-üstə düşüb. Sanksiyalar əsasən Rusiyanın böyük qaz layihələrinə qarşı yönəlib. Sanksiyaların Moskvanın iqtisadi potensialı azaldacağı və siyasi vəziyyətə hökmən təsir edəcəyi gözlənilir.

Yəni, ABŞ-ın dəstəyi yalnız bəyanatlarda deyil, həm də konkret hərəkətlərdə görünür. Sanksiyalar haqqında yeni qanun Rusiyanın layihələrində iştirak edən istənilən ölkələri və ya şirkətləri cəzalandırmağa imkan verir. Beləliklə, Rusiyanın təcridi genişlənir, onun partnyorları beynəlxalq maliyyə dəstəyindən məhrum olur. Hazırda Moskvanın müqavimət potensialı yoxdur.

Qobl bildirir ki, Rusiyaya rıçaqlar iqtisadiyyatla kifayətlənmə bilər. O, siyasi faktorun da dövriyyəyə buraxılacağını vurğulayıb.

“Tramp administrasiyasının xarici siyasətinin trendləri getdikcə daha aydın olur. Tramp bir neçə dəfə bildirib ki, ABŞ-ın yanında olacaq ölkələr həm iqtisadi, həm də təhlükəsiz baxımından dəstək alacaqlar. Bu tezisi, faktiki olaraq, Pens öz turnesinin gedişatında təkrarladı”, – Amerika politoloqu söyləyib.

Daha əvvəl erməni siyasi şərhçi Sarkis Artsruni hesab edir ki, Rusiya-Amerika böhranı ATƏT-in Minsk qrupunun fəaliyyətini daha da effektsiz edəcək: “Bu mövcud status-kvonun möhkəmləndirilməsi baxımından Ermənistanın xeyrinə görünə bilər. Lakin ən böyük təhlükə münaqişənin həlli ilə bağlı ümidlərin boşa çıxmasından sonra, Azərbaycanın güc variantına əl atmasıdır. Bu baxımdan, Qarabağda yeni müharibə riskləri artır”.

Onun sözlərinə görə, Rusiya dünyada sıxışdırıldıqca, Qafqaz siyasətini sərtləşdirə bilər.

“Rusiyanın Qarabağ məsələsində Ermənistanı qurban verərək, Qafqazda möhkəmlənə biləcəyi variantı bu gün ön plana çıxıb”, – deyə o qeyd edir