Senatın 2017-ci il üçün federal büdcə ilə bağlı qəbul etdiyi qanunda ilk dəfə olaraq, Gürcüstanın ərazi bütövlüyünə dəstək maddələri yer alıb, işğala görə Rusiyaya yeni sanksiyalar nəzərdə tutulur.
Senatın 2017-ci il üçün federal büdcə ilə bağlı qəbul etdiyi qanunda ilk dəfə olaraq, Gürcüstanın ərazi bütövlüyünə dəstək maddələri yer alıb, işğala görə Rusiyaya yeni sanksiyalar nəzərdə tutulur.
Həmin maddələrə əsasən, Gürcüstanın işğal edilmiş Abxaziya və Cənubi Osetiya regionlarının müstəqilliyini tanıyan istənilən ölkəyə hər hansı kömək birbaşa və qəti şəkildə qadağan edilir. Söhbət təbii ki, ən əvvəl Rusiyadan gedir.
Görəsən, ABŞ hökuməti Gürcüstana hərtərəfli dəstək verdiyi halda, nə üçün Azərbaycana da belə dəstək göstərmir?
Politoloq Tofiq Abbasov TİA.AZ–a bildirdi ki, Amerika Birləşmiş Ştatları həmişə ikili standartlara söykənən siyasət yürüdür: “ABŞ o ölkələri ki, özü üçün müttəfiq sayır, onlar üçün bütün məsələlərin həllində yaşıl işıq yandırır. Həmin ölkələrin rəhbərlərindən lal-dinməz şəkildə Vaşınqtonun dediyinə əməl etməyi tələb edir. Bununla da göstərir ki, o, dünyada jandarma rolunu oynayır. Məqsədi qayət ondan ibarətdir ki, müxtəlif bölgələrdə, o cümlədən Cənubi Qafqazda öz maraqlarını təminatlı şəkildə yerləşdirsin. Azərbaycan bu baxımdan çox fərqli bir dövlətdir. Azərbaycan sözün əsl mənasında suveren hüquqlarından istifadə edən bir məmləkətdir. Onun siyasi elitası, milli maraqlara cavab verən kursla hərəkət edir. Qərb təchizatları, Amerika Birləşmiş Ştatları, Avropanın aparıcı dövlətləri, ATƏT və digər təchizatlar, təşkilatlar Azərbaycandan lazımsız, həlli olmayan şeylər tələb edirlərsə, rəsmi Bakı buna bir daha olaraq, öz etirazını bildirir. Qarşı tərəfin diqqətinə çatdırır ki, onların aktuallaşdırdığı məsələlər Azərbaycanın inkişaf konsepsiyasına uyğun deyil. Ona görə də burda artıq Amerika Birləşmiş Ştatları və onun müttəfiqləri də Azərbaycanla bağlı çox fərqli, çox qəribə, suallar doğuran münasibət sərgiləyir”.
İlahə