ABŞ-dakı ən böyük erməni təşkilatı bəyanat yaydı: Əliyevlə Paşinyan görüşü…

ABŞ-dakı ən böyük erməni təşkilatı bəyanat yaydı: Əliyevlə Paşinyan görüşü…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerika Erməni Milli Komitəsi (ANCA) Azərbaycan və Ermənistan liderləri arasında Ağ Evdə keçiriləcək görüşdən əvvəl bəyanat yayıb.

Tribunainfo.az xəbər verir ki, ermənilərin ABŞ-da ən böyük təşkilatı çağırış edib. Bəyanatda “ədalətə, məsuliyyətə, məcburi köçkün ermənilərin geri qaytarılmasına, Ermənistanın təhlükəsizliyinin və suverenliyinin qorunmasına əsaslanan prinsipial və davamlı sülh üçün səy göstərməyə” çağırış, var.
Qarşıdan gələn görüşü şərh edən “Amerikanın Erməni Davası”nın icraçı direktoru Aram Hambaryan qeyd edib: “Ermənilər əsl sülh istəyirlər. Artsaxın “təmizlənməsi” sülh deyil. Etnik təmizləmənin qanuniləşdirilməsi sülh deyil. Xristianların müqəddəs yerlərinin unudulması sülh deyil. Girovların unudulması Ermənistanın sülhü ilə barışmaq deyil”. Güc hədəsi ilə qoyulan sülh sülh deyil”, – deyə sayıqlayıb.
Qeyd edək ki, Qarabağdan köçən ermənilər qaçqın deyil və öz xoşu ilə gediblər.
ANCA isə yenə də qərəzli mövqedə dayanıb.

 

Gülşən Rəsul