backend

ABŞ-da seçki sistemi dəyişdirilə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kaliforniya ştatından senator Barbara Bokser ABÇ Konqresinə seçkilərə keçidlə bağlı təklif ünvanlayıb.  Kaliforniya ştatından senator Barbara Bokser ABÇ Konqresinə seçkilərə keçidlə bağlı təklif ünvanlayıb. 

Bu barədə TİA.AZ “Fox News”-a istinadən xəbər verir. Onun sözlərinə görə, seçicilər kollegiyası sistemi artıq köhnəlib və qeyri-demokratikdir. Senator seçki sisteminin yenilənməsinin vacib olduğunu düşünür.

TV-də vurğulanır ki, bu təşəbbüs böyük ehtimalla fiaskoya uğrayacaq. Çünki Konqresdə üstünlük respublikaçıların əlindədir.

Qeyd edək ki, ötən gün yayılan məlumatlara görə ABŞ-da keçirilən prezident seçkilərinin nəticələrinə əsasən Demokrat Hillari Klinton Respublikaçı rəqibi Donald Trampdan 1 milyon çox səs toplayıb.

ABŞ-da səs vermək hüququna malik vətəndaşların 61 milyon 963 min 234 nəfəri Klintona, 60 milyon 981 min 185 nəfəri isə Trampa səs verib.

Bununla bərabər Yuta, Vaşinqton və Kaliforniya ştatlarında səslərin hesablanması prosesi hələ başa çatmayıb (hərçənd ilk iki ştatlarda Klintonun, üçüncü ştatda isə Trampın qələbə qazandığı qeyd olunur), Miçiqan ştatının 16 səsvermə məntəqəsində ümumiyyətlə səsvermənin yekun nəticəsi açıqlanmayıb.

Qeyd olunub ki, səsvermə sisteminin mürəkkəbliyi və çoxşaxəli olması Donald Trampın qalib gəlməsində əsas rolu oynayıb.