ABŞ-da qasırğadan ölənlərin sayı 22-yə çatıb-VİDEO

ABŞ-da qasırğadan ölənlərin sayı 22-yə çatıb-VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerikanın Alabama ştatında qasırğa nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb.

TİA.AZ TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü Li dairəsinin şerifi Cey Consa istinadən “Associated Press” məlumat yayıb.


***05:09

Amerikanın Alabama ştatının Li dairəsində qasırğa nəticəsində azı 10 nəfər həyatını itirib.

Bu barədə yerli polisə istinadən WSFA telekanalı məlumat yayıb.

Li dairə şerifinin sözlərinə görə, hazırda hadisə barədə dəqiq məlumatlar yoxdur. Bununla belə, şahidlər Boreqar şəhərində 8 yaşlı uşağın öldüyünü bildirirlər.

Həmçinin deyilir ki, qasırğa nəticəsində 10 mindən çox insan elektrik enerjisiz qalıb.