ABŞ iyrənc bir qalmaqallı iddia ilə çalxalanır.
ABŞ iyrənc bir qalmaqallı iddia ilə çalxalanır.
TİA.AZ Avropa.info-ya istinadən xəbər verir ki, sözügedən məsələdə ABŞ-ın hazırki prezidenti Barak Obamadan Hillari Klintona qədər bir çox tanınmış şəxsin adı keçir.
Uşaq istismarçılığının hansı ölçülərə çatdığının sənədlərlə ortaya atılan iddialar Qərbdə böyük müzakirələrə gətirib çıxarıb və iddialarla bağlı hələ ki, təkzib və ya hər hansı bir açıqlama verilməyib.
Belçikanın bir qəsəbəsində itən qız uşaqları ilə bağlı başlayan hadisələr zəncirində Amerikanın mühüm sərmayə sahiblərinin adı hallanır. Sözügedən iddialar kəşfiyyat qurumlarından mediaya qədər uzanan bir senzura ilə qarşılaşır. Bütün senzura səylərinə baxmayaraq iyrənc qalmaqal xüsusilə bloqlar və sosial mediada müzakirə edilir.
Sözügedən qalmaqal uşaq istismarçılığından da başqa uşaqlara işgəncə edərək təcavüz etmək, insanı kəsib onun can verməsini izləmək kimi ağıla gələ bilməyəcək vəziyyətləri də əhatə edir.
Bu qalmaqallı iddiaya “Pizza Gate” adının verilməsinin səbəbi isə iyrənclikləri təşkil edən adamın məşhur bir pizzaçı olması və məşhurların bütün yazışmalarda pizza kodlarını istifadə etməsidir.
Bir çox məşhurun və sərmayə sahibinin adının hallandığı qalmaqalla bağlı yayılan sənədlərdə Hillari Klintonun, prezidentliyə namizədliyi dövründə onun kampaniya məsləhətçisi olan Con Podestanın iş dünyasının və yüksək vəzifəli məmurlarla “Comet Ping Pong” adında bir pizzaçıda keçiriləcək “pedofil” tədbiri ilə bağlı yazışması üzə çıxıb..
Üzə çıxan bir digər sənəd isə sözügedən qalmaqalların təşkilatçısı, yəni pizza dükanının sahibi olan Ceyms Alefantis adlı şəxsin Corc Sorosla da əlaqə şəbəkəsinə sahib olduğu istiqamətindədir.
Corc Sorosun ən böyük ianəçisi olduğu “American Bridge Pac”ın keçmişdə “Comet Ping Pong” ilə maddi əlaqələrinin olması, “Pizza Gate” skandalında Corc Sorosu da şərik etdiyi halda qalmaqalın Qərb mediasında senzuraya uğraması təəccüblə qarşılanır.
Sözügedən qalmaqalda Hillari Klinton, Corc Soros kimi məşhur adlarla yanaşı Amerika prezidenti Barak Obamanın da adı hallanır.
Qalmaqala bağlı sənədlərə görə Obamanın keçmişdə “Comet Pizza”ya hədiyyə verdiyi məlum olub. Digər tərəfdən pizzaçıya yollanan bir məktubda Obamanın xüsusi bir tədbir üçün, Çikaqodan Vaşinqtona 65 min dollarlıq pizza sifariş etdiyindən bəhs olunur.