ABŞ-DA LABORATORİYADA İSTEHSAL OLUNAN TOYUQ ƏTİ SATIŞA ÇIXARILDI-FOTO

ABŞ-DA LABORATORİYADA İSTEHSAL OLUNAN TOYUQ ƏTİ SATIŞA ÇIXARILDI-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da ilk dəfə laboratoriyada istehsal olunan toyuq ətinin satışına icazə verilib. Əvvəlcə Vaşinqtondakı bir restoranda satışa çıxarılacaq.

Tribunainfo.az-ın xəbərinə görə, ABŞ Kənd Təsərrüfatı Departamenti ilk dəfə laboratoriyada heyvan hüceyrələrindən istehsal edilən toyuq ətinin satışını təsdiqləyib.

“Upside Foods” və “Good Meat” şirkətləri laboratoriyada yetişdirilən ətləri satmaq üçün ABŞ Kənd Təsərrüfatı Departamentindən icazə aldıqlarını açıqladı.

Eyni zamanda, əvvəllər ABŞ Qida və Dərman İdarəsi açıqlamasında sözügedən ətin yeyilməsinin təhlükəsiz olduğu, Good Meat-ın 2020 və 2021-ci illərdə də davam edəcəyi xatırlatmışdı.

Qeyd edək ki, Türkiyədə laboratoriyada istehsal olunan toyuq əti üçün bir çox normativ sənədlər alınıb.