ABŞ-ın Missuri ştatında həqiqi ətlə laboratoriya ətini fərqləndirmək, “ət” sözünün hər qidaya aid edilməməsi barədə qanun qəbul edilib.
Qaynarinfo Engadget-ə istinadən xəbər verir ki, “ət” sözü artıq yalnız mal-qara, quşlar və qida üçün nəzərdə tutulan digər heyvanlardan əldə edilmiş məhsullar üçün istifadə ediləcək. Bu qanunu pozan şəxslərə min dollar cəza veriləcək və ya 1 il müddətinə azadlıqdan məhrum ediləcəklər. Qərar yerli fermerlərin bazarda mövqelərini qorumaq və insanların nə yediklərindən xəbərdar olması məqsədini daşıyır.
Qeyd edək ki, laboratoriya ətinin bazar dəyəri 2025-ci ildə dünyada 7,5 milyard dollara çatacaq.
Hazırda ABŞ-da bitki tərkibli qidalardan hazırlanmış “ət” təklif edən “Tofurky” kimi məşhur qida firmaları mövcuddur.