ABŞ-DA İMMİQRASİYA QANUNU DƏYİŞDİ – MİNLƏRLƏ İMMİQRANT MEKSİKA SƏRHƏDİNDƏ QALDIbackend

ABŞ-DA İMMİQRASİYA QANUNU DƏYİŞDİ – MİNLƏRLƏ İMMİQRANT MEKSİKA SƏRHƏDİNDƏ QALDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Meksika sərhəd xəttindəki immiqrantların sayının 27 min olduğunu bəyan edilib.

Tribunainfo.az İndependent-ə istinadən xəbər verir ki, ABŞ-ın yeni immiqrasiya qaydalarına görə, Meksika sərhədində minlərlə immiqrant sərhədi qeyri-qanuni keçmək əvəzinə, sərhədin Meksika tərəfində qalaraq rəsmi sığınacaq üçün müraciət etməyə başlayıb.

ABŞ-da Kovid-19 pandemiyasının başlamasından sonra Maddə 42 kimi tanınan yeni immiqrasiya qaydası tətbiq olunmağa başladı. 42-ci maddə Birləşmiş Ştatlara gələn sığınacaq axtaranların məhkəmə qarşısına çıxarılmadan sürətlə deportasiya edilməsinə icazə verirdi.

Sərhəd xəttində olan mühacirlərin bir hissəsi qaydanı dəyişmədən sərhədi keçməyə çalışarkən, on minlərlə insan sərhədin Meksika tərəfində qaldı.

Sərhədi qanunsuz keçən şəxslərin sığınacaq müraciətləri bəzi istisnalar olmaqla etibarsız sayılır və 5 il müddətinə ABŞ-a girişi qadağan edilir.

Meksika immiqrasiya agentliyinin paylaşdığı məlumata görə, sərhəd xəttində çoxu Haiti , Venesuela və digər Latın Amerikası ölkələrindən olan immiqrantların sayı 27 minə yaxınlaşır. ABŞ-a görə bu rəqəm 60 min civarındadır.