ABŞ-da daşqınlara gətirib çıxaran “Harvi” qasırğası qurbanlarının sayı 60 nəfərə çatıb.
ABŞ-da daşqınlara gətirib çıxaran “Harvi” qasırğası qurbanlarının sayı 60 nəfərə çatıb.
TİA.AZ-ın məlumatına görə, bu barədə “Associated Press” Texas ştatının Fövqəladə Vəziyyət üzrə Departamentinə istinadən xəbər verib.
Texasın qubernatoru Qreq Ebbott bildirib ki, “Harvi” qasırğasının vurduğu zərər 150-180 milyard dollara çata bilər. Bundan əvvəlki məlumatda qasırğa zamanı 47 nəfərin öldüyü bildirilirdi.
“Harvi” son 12 il ərzində ABŞ ərazisində qeydə alınmış ən dağıdıcı qasırğadır.