ABŞ-ın keçmiş prezidenti Donald Tramp növbəti dəfə yeni cığır açıb. O, Gürcüstandakı istintaq təcridxanasına təslim olub və ölkə tarixində ilk dəfə olaraq keçmiş prezident cinayət məsuliyyətinə cəlb edilib. Foto ictimaiyyətlə paylaşılıb. Tramp 200 min dollar girov müqabilində mühakimə olunana qədər sərbəst buraxılıb.
Tribunainfo.az xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp barəsində dördüncü iş başlayır.
Tramp Corciya ştatında 2020-ci il seçkilərinin nəticələrini dəyişdirməyə cəhd və plan hazırlamaqda ittiham olunur.
Tramp Atlanta həbsxanasına təslim oldu, barmaq izləri götürüldü, cinayəti olan fotosu çəkildi, foto ictimaiyyətlə paylaşıldı.
Fotoda gülümsəməyən Trampın ciddi ifadəsi və çatıq qaşları ilə birbaşa obyektivə baxdığı görünür.
ABŞ-ın keçmiş prezidenti, 200.000 dollar girov müqabilində azadlığa buraxılıb. Tramp təqribən 20 dəqiqəyə həbsxananı tərk edib.
Şəxsi təyyarəsinə minməzdən əvvəl mətbuata açıqlama verən Tramp seçkinin nəticələrinə qarşı olduğunu və buna haqqının olduğunu bildirib.