ABŞ-ın Mayami (Florida ştatı) şəhərində Kinq Martin Lüter günü ilə bağlı keçirilən bayram mərasimində atışma baş verib.
ABŞ-ın Mayami (Florida ştatı) şəhərində Kinq Martin Lüter günü ilə bağlı keçirilən bayram mərasimində atışma baş verib.
TİA.AZ “Reuters” agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində 8 nəfər zərər çəkib.
Altı nəfər xəstəxanaya çatdırılıb. Onlardan beşinin vəziyyəti stabil olaraq qalır, birinin vəziyyəti isə ağır qiymətləndirilir.
Polis cinayət başında iki nəfəri saxlayıb və onlardan iki ədəd odlu silah götürüb.