backend

ABŞ-da ailə qızına Allah soyadı vermək istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-da qızına  Allah soyadını qoymaq istədiyən ailə onlara doğum haqqında şəhadətnamə verməyən Corciya ştatının rəhbərliyini məhkəməyə verib. ABŞ-da qızına  Allah soyadını qoymaq istədiyən ailə onlara doğum haqqında şəhadətnamə verməyən Corciya ştatının rəhbərliyini məhkəməyə verib.

TİA.AZ Report-ta istinadən xəbər verir ki, ştatının Səhiyyə Nazirliyi 22 aylıq qıza belə soyadla doğum haqqında şəhadətnamə verməkdən imtina edir.

Qızın valideynləri Elizabet Hendi və Bilal Uolk övladlarına Zalixa Qreysful Lorreyna Allah adı vermək qərarına gəliblər. Ancaq ştat qanunlarına görə, yeni doğulan uşaq ya atasının, ya anasının, ya da onların kombinasiyası olan soyadı daşımalıdır. Ştat orqanları nə atasının, nə də anasının soyadı olmadığından Allah soyadını qeydiyyatdan keçirməkdən imtina ediblər.

Valideynlər adından ştatın Səhiyyə Nazirliyinə qarşı iddianı Amerika Vətəndaş Azadlıqları Birliyinin (ACLU) Corciyadakı filialı qaldırıb.
Qızın atası “Atlanta Journal-Constitution” ilə söhbətdə bu adın nəcib olduğunu, seçiminin isə dinlə heç bir əlaqəsinin olmadığını bildirib.
“Bu, sadəcə ədalətsizlik və hüquqlarımızın pozulmasıdır. Ştat rəhbərliyi övladımızı faktiki olaraq adsız qoyub”, – deyə Uolk vurğulayıb.