ABŞ DA 23 TƏLXƏYİN “SEÇKİSİNİ” TANIMADI, BƏS RUSİYA NİYƏ SUSUR?

ABŞ DA 23 TƏLXƏYİN “SEÇKİSİNİ” TANIMADI, BƏS RUSİYA NİYƏ SUSUR?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-nin Dövlət Departamenti də Azərbaycan ərazisində erməni separatçıların keçirdiyi “seçki”ni tanımadığını açıqlayıb. Bu barədə xarici siyasət idarəsinin mətbuat katibi Metyu Miller brifinqdə bildirib. O qeyd edib ki, Qarabağdakı separatçı rejimi müstəqil və suveren dövlət kimi tanımırlar. “Beləliklə, oradakı qondarma “prezident seçkisi”nin nəticələrini tanımırıq”, – sözçü qeyd edib. Buna qədər Britaniya, Avropa İttifaqı, Avropa Şurası baş katibi, Ukrayna, Moldova, Rumıniya, Özbəkistan və bir sıra ölkələr oxşar mövqe sərgiləyib. Lakin Rusiya səsini çıxarmır. Hətta Ermənistan ən azından separatçıları təbrik etməyib. Onsuz da ötən 30 ildə Ermənistan “artsax”ın müstəqilliyini tanımayıb, indi də qondarma seçkinin nəticələri haqda danışmır. Bunu ən azı müsbət xarakterizə etmək olar. Moskva isə susur. Qərb ölkələrindən fərqli olaraq, Xankəndidəki tamaşaya fikir bildirmir. Tribunainfo.az yazır ki, bu da təsadüfi və təəccüblü deyil. Çünki Rusiya özü də ilhaq etdiyi separatçı bölgələrdə qondarma seçkilər təşkil edir. Söhbət Ukraynaya aid və işğal edilən Donetsk, Zaporojye, Xerson və Luqansk ərazilərindən gedir. Başqa dövlətin torpaqlarını ilhaq edib orada saxta seçkilər keçirən bir dövlətin özü Azərbaycan ərazisində qurulan uydurma seçkiyə necə etiraz edə bilər? Onsuz da erməni separatizmini himayə edən də Kremldir. Sadəcə, 23 təlxək yığışıb özünə kukla lider seçib, cəmi 18-20 min erməniyə “prezident” elan ediblər. Fəqət Rusiyadan səs çıxmır…