Entoni Blinken Çinin xarici işlər naziri Qin Qanq və ÇKP Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının ofisinin rəhbəri Vanq Yi ilə də görüşüb.
Tribunainfo.az xəbər verir ki, Entoni Blinken Çin sədri Si Cinpinlə görüşdə deyib ki, ABŞ yeni soyuq müharibəyə can atmır və Çin sistemini dəyişmək istəmir.
“Birləşmiş Ştatlar iki ölkənin liderləri tərəfindən Balidə müəyyən edilmiş gündəliyə qayıtmağa sadiqdir. Vaşinqton prezident Baydenin üzərinə götürdüyü öhdəliklərə sadiq qalır, yəni, Birləşmiş Ştatlar yeni soyuq müharibəyə can atmır, Çin sistemini dəyişdirir, müttəfiqlik əlaqələrini gücləndirərək Çinlə qarşıdurma yaratmağa çalışmır”, – Blinken bildirib.
Xatırladaq ki, Çin prezidenti Si Cinpin bazar ertəsi Pekində Böyük Xalq Zalında Blinkeni qəbul edib. Blinken 18-19 iyun tarixlərində Çinə səfəri çərçivəsində Çinin xarici işlər naziri Qin Gang və ÇKP Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının ofisinin rəhbəri Vanq Yi ilə də görüşüb.