ABŞ Çin hökumətindən Şimali Koreyanı dayandırmasını istəyib.
TİA.AZ xəbər verir ki, bu haqda ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner gündəlik mətbuat konfransında deyib.
“Çin iqtisadi inkişafa görə Şimali Koreyedan üstündür. Çin bundan istifadə edərək Koreyanın nüvə və ballistik proqramlarının qarşısını ala bilər”, – deyə o bildirib.
Mark Toner həmçinin son 6 ayda Şimali Koreyanın dəfələrlə ballistik raket sınaqları keçirdiyini xatırladaraq, beynəlxalq cəmiyyətin Pxenyana qarşı tədbir görməsini istəyib.
Xatırladaq ki, ABŞ-ın bir müddət öncə Cənubi Koreyaya “Karl Vinson” təyyarədaşıyan gəmisini göndərməsindən sonra tərəflər arasında gərginlik artıb. ABŞ Şimali Koreyaya zərbə endirməyə hazır olduğunu da açıqlayıb.