“BMT ABŞ üçün çox vacibdir.”
TİA.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi Samanta Pauer söyləyib. O, BMT-nin mövcudluğunun bütün dünya ölkələrinin maraqlarına xidmət etdiyini bildirib:
“BMT ABŞ-ın gedə bilmədiyi yerlərə gedib. Bəli, biz sülhməramlı əməliyyatlar büdcəsinin böyük hissəsini maliyyələşdiririk, amma bu büdcənin 72%-ni başqa ölkələrin də ödədiyini unutmamalıyıq. Dünya həmişə terror təhdidi olanda, hansısa bir ölkə nüvə silahı yaymaq istəyəndə, böhran zamanında BMT-yə müraciət edəcək. BMT gərək effektiv işləsin. Bu isə ABŞ-sız mümkün olmayacaq”.