ABŞ-ın Təcili birja ticarəti üzrə komissiyası “bitcoin” fyuçersləri ilə ticarətə razılıq verib
ABŞ-ın Təcili birja ticarəti üzrə komissiyası “bitcoin” fyuçersləri ilə ticarətə razılıq verib.
TİA.AZ “Bloomberg” agentliyinə istinadən xəbər verir ki, alınan razılığa əsasən, fyuçerslərlə “CME Group Inc.” və “Cboe Global Markets Inc.” şirkətləri ticarət edə bilərlər.
“CME Group Inc.” bəyan edib ki, ticarətə dekabrın 18-dən etibarən start veriləcək. “Cboe Global Markets Inc.” hələlik bir açıqlama verməyib.