ABŞ Beynəlxalq Ədalət Məhkəməsinin Rusiya ilə bağlı qərarını alqışladıbackend

ABŞ Beynəlxalq Ədalət Məhkəməsinin Rusiya ilə bağlı qərarını alqışladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
ABŞ çərşənbə günü Beynəlxalq Ədalət Məhkəməsinin Rusiyadan Ukraynadakı hərbi əməliyyatlarını dərhal dayandırmasını tələb edən qərarını alqışlayıb.
TİA.AZ  xəbər verir ki, bu barədə Dövlət Departamentinin sözçüsü Ned Prays bildirib.
Prays bunu əhəmiyyətli bir qərar kimi xarakterizə edərək, Beynəlxalq Məhkəmənin “aydın və birmənalı olaraq” Rusiyadan hərbi əməliyyatlarını dərhal dayandırmağı tələb etdiyini deyib.
Qeyd edək ki, Beynəlxalq Ədalət Məhkəməsinin yaydığı sənədə görə, Rusiya Federasiyası iş üzrə yekun qərara qədər, 24 fevral 2022-ci il tarixində Ukrayna ərazisində başladığı hərbi əməliyyatları dayandırmalıdır.