Vaşinqton Böyük Britaniyanın müdafiə naziri Ben Uollesin NATO baş katibi postuna namizədliyini rədd edib.
Tribunainfo.az-ın xəbərinə görə, bu barədə “The Telegraph” qəzeti məlumat verib.
“Ben Uollesin namizədliyi əngəlləndi. Müdafiə naziri bir sıra NATO-ya üzv ölkələrin sevimlisi idi, lakin Ukraynaya görünməmiş dəstəyinə görə alyansın faktiki lideri Vaşinqtonla ciddi gərginlik yaranıb”, – nəşr yazıb.
“The Telegraph” yazır ki, ABŞ prezidenti Co Baydenin administrasiyası Stoltenberqin gedişindən sonra Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyenin NATO-nun növbəti baş katibi təyin edilməsində israrlıdır.