“Ermənistanla Azərbaycanla Türkiyə və İsrail arasında bir növ əməkdaşlıq yaratdı. Onun davranışları bu ölkələri bir araya gətirdi”. Tribunainfo.az xəbər verir ki, bu sözləri iranlı ekspert Həsən Beheştipur deyib.
Onun sözlərinə görə, Bakı, Ankara və Təl Əvivin yaxınlaşması və müttəfiqliyi Qarabağ məsələsinin həllini reallaşdırdı. “Bu birləşmə nəticədə Qarabağda yaşayan ermənilərin bu bölgədən didərgin düşməsinə səbəb oldu”.
İranlı ekspert hesab edir ki, Qərb Ermənistanı hər nə qədər müdafiə etsə də, ona daimi müttəfiq kimi baxmır. “ABŞ NATO lideri kimi Ermənistan və Azərbaycanla münasibətlərini qoruyub saxlamağa çalışdı. Məqsəd münasibətlərini inkişaf etdirmək idi. Lakin bu o demək deyil ki, Vaşinqton günün birində geosiyasi çəkini nəzərə almayacaq. Ağ Ev Qafqazda Rusiyaya və xüsusən də Ermənistana qarşı tədbirlər görə bilər”.