“ABŞ AZƏRBAYCAN VƏ TÜRKİYƏYƏ ÖNƏM VERİR”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ər-Riyadda keçiriləcək  Ərəb-İslam sammitində görüşə Azərbaycan və Türkiyə də daxil olmaqla, 18 ölkə yüksək çinli rəsmisinin qatılacağı gözlənilir. Səfər zamanı “İslam NATO-su”nun yaradılacağının elan edilməsi gözlənilir. 

Ər-Riyadda keçiriləcək  Ərəb-İslam sammitində görüşə Azərbaycan və Türkiyə də daxil olmaqla, 18 ölkə yüksək çinli rəsmisinin qatılacağı gözlənilir. Səfər zamanı “İslam NATO-su”nun yaradılacağının elan edilməsi gözlənilir.

Azərbaycanın Ərəb-İslam-Amerika Sammitində iştirakı və gələcəkdə “İslam NATO-su”nda yer alması məsələsi ilə bağlı millət vəkili Asim Mollazadə TİA.AZ-a  ehtimallarını şərh edib: “Əvvəla mən “İslam NATO”su fikrini anlaya bilmirəm. Belə bir qurum yoxdur, NATO var. Mənə elə gəlir ki, bu məsələlərə məhz bu nöqteyi-nəzərdən baxmaq lazımdır. İlk növbədə keçirilən toplantı çox mühüm bir toplantıdır və Azərbaycanın bu toplantıda iştirakı ilk növbədə Azərbaycanın dəyərləri ilə bağlıdır. Azərbaycan tarixən İslam və türk dünyasının lideri olub. XX əsrin əvvəllərində birinci, dünyəvi dövlət qurulub, birinci demoktarik sistem formalaşmağa başlayıb. Zənnimcə, Azərbaycanın son illərdə öz dəyərlərini dünyaya açıqlaması ölkəmizin islam həmrəyliyi ilə yanaşı Avropa əməkdaşlıq sistemində olmağı bu prosesdə önəmimizi daha da artırır. Burada Azərbaycan- Türkiyə münasibətləri məsələsi də çox önəmlidir. Azərbaycan və Türkiyə dünya üçün mühüm strategiyalar həyata keçirir. Bu istiqamətdə təbii olaraq, təhlükəsizlik məsələlərində  də əməkdaşlıq belə bir önəm daşıyır. Amerika Birləşmiş Ştatları bu prosesdə Azərbaycan və Türkiyəyə önəm verir”.

İlahə