ABŞ Azərbaycan və Ermənistan arasında danışıqlar prosesinə sadiq qalır. Tribunainfo.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.
“Biz hərbçilər arasında bir neçə itkiyə səbəb olan toqquşmalarla bağlı xəbərlərdən narahatıq. Gücdən istifadə danışıqlara xələl gətirir. Davamlı sülhün yeganə yolu danışıqlar masasıdır, atəşkəs rejiminin pozulması halları araşdırılacaq. Həlak olanların ailələrinə və yaralananlara dərin hüznlə başsağlığı veririk”, – deyə o bildirib.
Dəniz Pənahova