backend

ABŞ: “Azərbaycan bu çağırışların öhdəsindən daha yaxşı gəlir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hal-hazırda iqtisadi çağırışlara baxmayaraq, azərbaycanlıların optimist olmaq üçün səbəbləri çoxdur. 

Hal-hazırda iqtisadi çağırışlara baxmayaraq, azərbaycanlıların optimist olmaq üçün səbəbləri çoxdur.

APA– xəbər verir ki, bunu “AmCham-Azerbaijan”ın rəsmi jurnalına müsahibəsində ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

Səfir bildirib ki, Azərbaycanın iqtisadi fundamenti özündə bir çox perspektivləri birləşdirir: “Bunlara ölkəni nəqliyyat habına çevirən coğrafi mövqe və kənd təsərrüfatının inkişafına töhfə verən əlverişli iqlim şəraiti aiddir. Bundan başqa, ölkənin təhsilli işçi qüvvəsi var. Azərbaycanın 25 ildən sonra hansı səviyyədə olacağını da elə azərbaycanlıların özləri müəyyənləşdirəcək. Hal-hazırda investisiya fondları uğrunda kəskin mübarizə gedir. Güclü və əlverişli biznes mühiti vasitəsilə investisiya kapitalının cəlbi və qorunub saxlanılması güclü, o cümlədən azad məhkəmə sisteminin olmasını və qanun normalarına hörməti tələb edir. Bundan başqa, təhsil sisteminin inkişafı, şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizə və ədalətli vergi sisteminin olması növbəti əsas amillərdir. Bütün bunların sayəsində bazar iqtisadiyyatının reallıqları qəbul olunur, bununla da yeni iş yerləri, şirkətlər açılır və rifah qurulur. Bunu isə mən azərbaycanlılardan tez-tez eşidirəm”.

Səfir əlavə edib ki, bir çox neft ixracatçısı olan ölkələrin “qara qızıl”ın qiymətlərinin aşağı düşməsindən sonra üzləşdiyi çətin iqtisadi duruma baxmayaraq, Azərbaycan bu çağırışların öhdəsindən digər ölkələrdən fərqli olaraq daha yaxşı gəlir. “Bunun bir çox səbəbi var. Bunlardan biri də ölkənin Dövlət Neft Fondu vasitəsilə neft gəlirlərinin böyük hissəsini investisiyaya yönəltməsidir”, – deyə diplomat bildirib.