ABŞ Ukraynaya yardımın risk altında olduğu barədə xəbərdarlıq edib.
Tribunainfo.az Milliyet-ə istinadən xəbər verir ki, büdcə razılaşması ilə bağlı müzakirələr davam edərkən, Ağ Ev Nümayəndələr Palatasına məktub göndərərək Ukraynaya kömək üçün “həm pulun, həm də vaxtın tükəndiyini” bildirib.
Ağ Evin büdcə direktoru Şalanda Yanq respublikaçıların çoxluq təşkil etdiyi parlamentin spikeri Mayk Consona məktubunda yazır: “Konqres tədbir görməsə, ilin sonuna qədər Ukraynaya silah və texnika göndərmək üçün resurslarımız tükənəcək”.
Eyni zamanda ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Cek Sallivan mətbuat konfransında deyib: “Konqres Ukraynada azadlıq mübarizəsini dəstəkləməyə davam edib-etməmək barədə qərar verməlidir”.