ABŞ Kubanın Vaşinqtondakı səfirliyində fəaliyyət göstərən 15 diplomatı ölkədən çıxarmaq qərarı verib.
ABŞ Kubanın Vaşinqtondakı səfirliyində fəaliyyət göstərən 15 diplomatı ölkədən çıxarmaq qərarı verib.
Bu barədə ABŞ-ın dövlət katibi Reks Tillerson bildirib.
Onun sözlərinə görə, diplomatların ölkədən çıxarılması ilə bağlı Kuba hökuməti məlumatlandırılıb.
Rəsmi Vaşinqton bu addımı Kubada çalışan amerikalı diplomatların təhlükəsizliyinin təmin olunmaması ilə əlaqələndirib.