Abramyan: Hər şey Bakı-İrəvan razılaşmasından asılıdırbackend

Abramyan: Hər şey Bakı-İrəvan razılaşmasından asılıdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Deputat Tiqran Abramyan iddia edib ki, Azərbaycan və Türkiyə Ermənistanın üzərinə aqressiv şəkildə gəlirlər. Tribunainfo.az xəbər verir ki, o, vəziyyətlərinin yaxşı olmadığını deyib.

Abramyan bildirib ki, Ermənistan-Türkiyə münasibətlərinin hazırkı prosesləri həmişəkindən daha çox birbaşa Ermənistan-Azərbaycan danışıqlar prosesi ilə bağlıdır. “Müvafiq olaraq, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması birbaşa Azərbaycanla razılaşmalardan asılıdır”.
O iddia edib ki, Türkiyə-Azərbaycan tandemi kifayət qədər aqressiv manevrlərlə Ermənistan dövlətini sıradan çıxarmağa çalışır. “Bundan sonra istənilən razılaşma və ya müqavilə artıq əhəmiyyətini itirəcək”.