Ermənistan parlamentində “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyan Vaşiqntonda imzalanan sənədin təsirlərinin gələcəkdə daha çox hiss olunacağını deyib.
Tribunainfo.az xəbər verir ki, o, xüsusən də bu sazişin Ermənistanda Qarabağ məsələsini müdafiə edənlər üçün problem yaradacağını iddia edib.
Abramyanın sözlərinə görə, sözügedən sülh sənədi Qarabağ ermənilərinin hüquqlarının bərpası uğrunda mübarizə aparanların hamısına qarşı təqiblər üçün zəmin hazırlayır. “Mümkündür ki, onları həbs edib, Azərbaycana belə təhvil versinlər. Təki, Qarabağ məsələsini birdəfəlik bağlasınlar”.
Fərda Uğur