ABŞ-ın “Abrams” tanklarının ilk partiyası həftəsonu Ukraynaya çatdırılıb.
Tribunainfo.az xəbər verir ki, bu barədə “New York Times” mənbələrə istinadən yazıb.
Bildirilib ki, artıq Ukrayna Silahlı Qüvvələrinin hücumu zamanı istifadə olunub. Çatdırılma qrafikdən bir neçə ay əvvəl baş verib.
Cəmi 31 tank vəd edilib ki, yerdə qalanları daha sonra çatdırılacaq. Bundan əvvəl “Politico” nəşri 10 “Abrams”ın Ukraynaya sentyabrın ortalarında gələcəyini yazmışdı.