Abramoviç 1 gündə 700 milyon avro itirdi

Abramoviç 1 gündə 700 milyon avro itirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Premyer Liqa komandalarından “Çelsi”nin rusiyalı sahibi Roman Abramoviç 1 gündə 776 milyon avro itirib.
Qaynarinfo xəbər verir ki, bu haqda AS-da məlumat yer alıb. İddiaya görə Rusiyada Abramoviçə məxsus “Evraz” şirkəti Rusiya ilə Ukrayna arasında baş verən hadisələrə görə böyük itki ilə üzləşib. İki ölkə arasında müharibə ehtimalı Ukrayna, Çexiya, İtaliya, ABŞ, Kanada və Afrikada fəaliyyət göstərən “Evraz” şirkətinə mənfi təsir göstərib.
Bazarların dayanmasına səbəb olan müharibə ehtimalı Abramoviçin 3 həftə ərzində 1 milyard avrodan çox itirməsinə səbəb olub. Rusiyalı milyarderin şirkətinin dünya üzrə 110 min işçisi var.
Birja brokeri Tim Vorstall, “Bazarlar müharibə ehtimalından narahatdır. Evraz şirkəti də bundan təsirləndi və dəyər itkisi yaşadı” sözlərini söyləyib.