Abovyandan ŞOK: Paşinyan sülh sazişini Bakıda imzalayacaqbackend

Abovyandan ŞOK: Paşinyan sülh sazişini Bakıda imzalayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan parlamentinin keçmiş üzvü Arman Abovyan bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi COP29 çərçivəsində imzalanacaq. Tribunainfo.az xəbər verir ki, sabiq deputat bunun üçün hazırlıqların aparıldığı və sazişin ilkin mətninin hazırlandığını iddia edib.
O deyib ki, COP29 ərəfəsində mümkündür ki, sülh deyil, çərçivə sazişi imzalansın. “Bu proses ən geci noyabr ayında reallaşmalıdır. Bunun üçün son hazırlıqlar başlayıb”.
Amma Abovyan maraqlı bir iddia ilə də çıxış edib. O iddia edib ki, sülh sazişi Bakıda, baş nazir Nikol Paşinyanın iştirakı ilə imzalanacaq. “Məndə olan məlumata görə, Azərbaycan və Ermənistan arasında sülh sazişi Bakıda imzalanacaq. Həmin mərasimdə Ermənistanın baş naziri Nikol Paşinyan da iştirak edəcək. Hazırda Paşinyanın Bakıya səfər etməsi üçün hazırlıqlar başlayıb. Bununla bağlı pərdəarxası danışıqlar gedir”.