Abovyan: Ermənistan tezliklə parçalanacaqbackend

Abovyan: Ermənistan tezliklə parçalanacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanlılar Ermənistanın cənubuna nəzarəti ələ keçirmək üçün “məxməri” fürsətdən əl çəkməyəcəklər. Üstəlik, heç bir sülh sazişi olmayacaq”.

Tribunainfo.az xəbər verir ki, bunu keçmiş deputat Arman Abovyan iddia edib.
O deyib ki, bütün bunlara baxmayaraq, çox yaxında Azərbaycanın Ermənistanla konstruktiv əməkdaşlığa başladığının şahidi olacağıq. “Lakin əsas məsələlərdən biri budur ki, Azərbaycan Paşinyanı həm də qorumağa çalışır. Onun hakimiyyətdən getməsi Bakıya sərf etmir. Ona görə də, dərinə getmir”.
Abovyan Bakının müvəqqəti dayanması və sakitləşməsini Rusiya və İranın sayəsində mümkün olduğunu da iddia edib. “Rusiya və İranın ardıcıl bəyanatlar verməsi Azərbaycanı bir qədər ehtiyatlı davranmağa vadar edib”.
Lakin keçmiş deputat hesab edir ki, proseslər yaxın gələcəkdə başqa səmtə yönələcək. “Tezliklə Paşinyan bəyan edəcək ki, Azərbaycan konstruktiv ölkədir və münasibətlər qurmaq lazımdır. Bu isə Ermənistanın parçalanmasının ilk sxemidir”.