Tərkibində kologen olan makiyaj məhsulu, krem almayın!
Tərkibində kologen olan makiyaj məhsulu, krem almayın!
TİA.AZ Türkiyə mətbuatına istinadən bildirir ki, Doktor Bernard N. Natonson abortun tətbiq zamanı baş vərənləri filmə çəkib, şərh edib. Şərhləri olduğu kimi təqdim edirik:
“Abort zamanı edilən mərhələlər həssas alətlər və ultrasəslə filmə çəkilib. Abortu edən evli olmayan gənc bir həkimdir. İki ayrı abort klinikasında çalışırdı və 10.000-ə yaxın abort etmişdi. Ondan filmin redaktoru olmasını istədik, qəbul etdi.
Filmi seyr etdi, redaktor oldu, amma otaqdan çıxdıqdan sonra bir daha abort etmədi. Kamerayla çəkim edəcək qadın da xüsusi olaraq seçilmişdi. Bu qadın abortu şiddətlə müdafiə edən bir feminist idi. Ancaq öz əli ilə lentə aldığı filmi seyr etdikdən sonra abortla bağlı məsələlərdə heç bir mübahisəyə qatılmadı.
Film, ilk öncə körpə ana bətnində rahat hərəkət edərkən görüntülənir. Abortu edən adam uşaqlığa müdaxilə etdiyi zaman, uşaq bir an donub qalır. Müdaxilənin əks istiqamətinə, bətnin digər tərəfinə doğru qaçmağa çalışır. Ürək döyüntüləri 140-dan 200-ə çıxır. Abort edən adam uşağı axtararkən, uşağın dəhşətlə ağzını açdığını görür. Sonra abort edən əl ona doğru uzanır! Uşağın ağzı elə açılır ki, fəryadını filmdə görmək olur. Abort edən adam onu başından tutur və başını bədənindən ayırır. 12 həftəlik körpədən geriyə bir neçə toxuma artığı qalır. Bu, abort növlərindən yalnız biridir.
Abort edənlə anesteziya mütəxəssisi arasında gizli bir dil var. Əvvəl bir nömrə olmaq üzrə, uşağın bədəni sıralandırılır. Anesteziya mütəxəssisi abortu edənə sual verir: 1-ci nömrə çıxdı, yoxsa? Bitirə bilərikmi?
Abortu edən, ya da olmağı qəbul edən insanlar görəsən bir həyatı məhv etdiklərinin fərqindədirlərmı? Abort hekayəsinin sətirlərini də oxuyarkən insanın ürpəşdiyi halda necə olur ki, hiss etdikləri, yaşadıqları bir şeydən dəhşətə qapılmır və qorxmurlar?
Əslində iş bununla da bitmir, insan vəhşiliyi bir abortdan geri qalan rüşeymlərin istifadəsi ilə də əsər nümayiş etdirir. Belə ki, kosmetik firmalarının məhsullarına abort edilmiş körpələrin rüşeymləri istifadə edilir.
Başda Fransa da istifadə edilmək üzrə bir çox 3-ci dünya ölkəsindən gətirilən abort edilmiş körpələri kosmetik şirkətləri satıldığı bildirilir. Bunu dəlil olaraq da ABŞ və Avropada yük maşınıları dolusu rüşeymin ələ keçirilməsi göstərilir. Kosmetik sənayenin imperatriçası yəhudi əsilli Helena Rubinsteinin məhsullarının reklamlarında “dərinin gen və yaşayan hüceyrələrlə” yaxşılaşdığı bildirilir.
Amma bu məhsulların istehsalında istifadə edilən kollogen adlı maddənin rüşeymdən əldə edildiyi, ya bilinmir, ya da savadsızlıqdan irəli gəlir və zavallı gözəllik düşgünü insanlarda dərilərinin gözəlliyi üçün istifadə etdikləri kosmetik məhsullarının mayasında, qətlə yetirilən bir həyatın var olduğunun fərqində belə deyillər. Yoxsa, əks olaraq “Zorla gözəllik olmaz” şüarından çoxmu uzaqdılar?
Araşdırmalar, Türkiyənin gizli rüşeym cənnəti olduğunu ortaya qoymuşdur. Belə ki, Türkiyənin ən böyük doğum xəstəxanası olan adı bizdə gizli qadın xəstəxanasında çalışan yüksək səviyyəli bir səlahiyyətli abort edilən rüşeymlərin kosmetik firmalarına satıldığını deyir. Adının açıqlanmasını istəməyən səlahiyyətli, kosmetik firmaların abort edən bütün xəstəxanalarına kadr göndərdiyinə diqqət çəkərək bu kadrların rüşeymləri satın alma əməliyyatını son dərəcə gizli apardıqlarını və bu ticarətdən xəstəxanalardan xeyli yüklü gəlir də əldə etdiyini qeyd edir!”
Doktor Bernard N. Natonson – “Səssiz Haray”
İlahə