ABL: yarımfinal mərhələsinin ilk oyunlarına start veriləcək

ABL: yarımfinal mərhələsinin ilk oyunlarına start veriləcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Basketbol Liqasında bu gün yarımfinal mərhələsinin ilk oyunlarına start veriləcək.

 Tribunainfo.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutacaq.

“Sabah” klubu “Şəki” ilə üz-üzə gələcək. Görüş Bakı İdman Sarayında, saat 14:00-da başlayacaq.

Qeyd edək ki, yarımfinal mərhələsinin digər görüşü sabah “Neftçi” və “Abşeron” komandaları arasında keçiriləcək.