Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 2017-2018-ci tədris ili üçün ərizə qəbulu 11 aprel saat 23:59-da başa çatdı.
Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 2017-2018-ci tədris ili üçün ərizə qəbulu 11 aprel saat 23:59-da başa çatdı.
Əhatə dairəsinə görə, Azərbaycanda ən böyük imtahan prosesi olan bakalavr səviyyəsinə qəbul imtahanları ilk növbədə xidmət haqlarının kəskin artması və bunun da imtahanlarda iştirak edənlərin sayında azalma ilə yadda qaldı.
Bu il Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün hansı statistik göstəricilər və rəqəmlər ortaya çıxdı?
Təhsil eksperti Kamran Əsədov TİA.AZ–a bildirdi ki, 2017-2018-ci tədris ilindən etibarən ali məktəblərin I-IV qrupları üzrə abituriyentlər seçdikləri ixtisas qurupları üzrə istəklərinə uyğun olaraq, iki dəfə iştirak edəcəklər: “Bu il imtahanda iştirak etmək üçün elektron ərizəsini təsdiq etmiş abituriyentlərin sayı belədir: I qrup üzrə 27490 nəfər, (o cümlədən yaz imtahanında iştirak edəcək 25603 nəfər). II qrup üzrə 19641 nəfər, (o cümlədən yaz imtahanında iştirak edəcək 18676 nəfər). III qrup üzrə 17916 nəfər, (o cümlədən yaz imtahanında iştirak edəcək 16752 nəfər). IV qrup üzrə 4922 nəfər, (o cümlədən yaz imtahanında iştirak edəcək 4621 nəfər). V ixtisas qrupu üzrə 34153 nəfər imtahanda iştirak etmək üçün elektron ərizəsini təsdiq edib”.
Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrində təhsilini davam etdirmək istəyənlərin sayı 36076 nəfərdir. Eksper deyir ki, bu il əvvəlki illərlə müqayisədə I-IV qruplar üzrə ali məktəblərə qəbul olmaq istəyənlərin sayında kəskin azalma var. Belə ki, 2015-ci ildə I-IV qruplar üzrə 82925 nəfər, 2016-cı ildə I-IV qruplar üzrə 78545 nəfər abituriyent imtahanda iştirak etmişdi:
“Bu illər arasında kəskin fərq yox idi. Amma 2017-ci il üçün 69969 nəfər elektron ərizəsini təsdiq edib ki, onların da heç də hamısı imtahanda iştirak etməyəcək”.
Sənəd qəbulunda iştirak edənlərin sayında kəskin azalmanın nə ilə nəticələnə biləcəyinə gəldikdə isə K.Əsədov qeyd edir ki, ali məktəblərə qəbul plan yeri I-IV ixtisas qrupları üzrə 40 minə yaxındır: “Bu il həmən qruplar üzrə imtahanda iştirak edənlərin sayı isə 69969 nəfərdir. İmtahanda iştirak edənlərin heç də hamısı keçid balını toplamır. Məsələn, 2015, 2016 və hətta ondan əvvəlki illərdə imtahanlarda iştirak edənlərin 60 %-ə yaxını keçid balını toplaya bilməmişdi. Bu ildə eyni göstəricinin təkrarlanacağı danılmazdır. Belə halda böyük sayda plan yeri boş qalacaq ki, bu da universitetlərin maliyələşməsinə ciddi təsir göstərəcək. 2016-cı ildə ali məktəblərin plan yeri 80 % dolmuşdu və 7500 plan yeri boş qalmışdı. Cari ildə bu rəqəmdə ciddi artım olacağı qaçılmazdır”.
Publik hüquqi şəxs olan Dövlət İmtahan Mərkəzi 11 apreldə başa çatan ərizə qəbulundan xeyli gəlir əldə edib. Ekspert ilk növbədə qeyd edir ki, I – IV qruplar üzrə 69969 nəfər (o cümlədən yaz imtahanında iştirak edəcək 65652 nəfər) elektron ərizəsini təsdiq edib:
”Bunların hər biri 40 manat məbləğ ödəmiş olur (Cari ilin məzunları üçün bu məbləği dövlət büdcəsi ödəyir). Deməli, I-IV qruplar üzrə Dövlət İmtahan Mərkəzi 5424840 manat (69969+65652×40) gəlir əldə edib. V ixtisas qrupu üzrə 34153 nəfər abituriyent elektron ərizəsini təsdiq etmək üçün hər abituryent 40 manat xidmət haqqı ödəyib. Dövlət İmtahan Mərkəzi V ixtisas qrupu üzrə 1366120 manat (34153×40) gəlir əldə edib. Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını seçmiş və elektron ərizəsini təsdiq etmiş abituriyentlərin sayı isə 36076 nəfərdir ki, onların da hər biri bu mərhələdə keçrilən test imtahanında iştirak etmək üçün 20 manat ödəyiblər. Deməli, Dövlət İmtahan Mərkəzi kolleclərə keçriləcək imtahandan 721520 manat (36076×20) gəlir əldə edəcək. Ümumilikdə, Dövlət İmtahan Mərkəzi 11 apreldə başa çatan sənəd qəbulundan 7512480 manat (5424840+1366120+721520) gəlir əldə edib. Amma bu xalis qazanc deyil. Çünki Dövlət İmtahan Mərkəzi imtahan prosesini təşkil etmək üçün xərclər çəkir ki, bu xərclər də onların daxili sirlərdir”.
K.Əsədov əvvəlki illərdə abituriyentlərin ümumi və qruplar üzrə sayı, plan yerlərinin həcmini də hesablayıb. Belə ki, 2010-cu ildə 28132 plan yeri uğrunda 108524 nəfər imtahan vermişdi: “Onların ixtisas qrupları üzrə paylanması belə idi: I qrup üzrə 9514 plan yerinə 34655 nəfər, II qrup üzrə 7348 plan yerinə 27395 nəfər, III qrup üzrə 9855 plan yerinə 31764 nəfər, IV qrup üzrə 3793 plan yerinə 14710 nəfər imtahan vermişdi. 2011-ci ildə 31419 plan yeri uğrunda 103130 nəfər imtahan vermişdi. Onların ixtisas qurupları üzrə paylanması belə idi: I qrup üzrə 9823 plan yerinə 32565 nəfər, II qrup üzrə 8988 plan yerinə 25718 nəfər, III qrup üzrə 8814 plan yerinə 30947 nəfər, IV qrup üzrə 3794 plan yerinə 13900 nəfər imtahan vermişdi. 2012-ci ildə 34098 plan yeri uğrunda 96471 nəfər imtahan vermişdi. Onların ixtisas qurupları üzrə paylanması belə idi: I qrup üzrə 11244 plan yerinə 31990 nəfər, II qrup üzrə 9304 plan yerinə 222293 nəfər, III qrup üzrə 9117 plan yerinə 31764 nəfər, IV qrup üzrə 4433 plan yerinə 12384 nəfər imtahan vermişdi. 2013-cu ildə 36537 plan yeri uğrunda 96720 nəfər imtahan vermişdi. Onların ixtisas qurupları üzrə paylanması belə idi: I qrup üzrə 11596 plan yerinə 35519 nəfər, II qrup üzrə 10094 plan yerinə 22300 nəfər, III qrup üzrə 10397 plan yerinə 27794 nəfər, IV qrup üzrə 4450 plan yerinə 11107 nəfər imtahan vermişdi. 2014-cu ildə 37841 plan yeri uğrunda 92641 nəfər imtahan vermişdi. Onların ixtisas qurupları üzrə paylanması belə idi: I qrup üzrə 11992 plan yerinə 33972 nəfər, II qrup üzrə 10914 plan yerinə 22532 nəfər, III qrup üzrə 10453 plan yerinə 24908 nəfər, IV qrup üzrə 4482 plan yerinə 11229 nəfər imtahan vermişdi. 2015-cu ildə 36496 plan yeri uğrunda 82925 nəfər imtahan vermişdi. Onların ixtisas qurupları üzrə paylanması belə idi: I qrup üzrə 12132 plan yerinə 33136 nəfər, II qrup üzrə 11689 plan yerinə 22688 nəfər, III qrup üzrə 9536 plan yerinə 20965 nəfər, IV qrup üzrə 3139 plan yerinə 6156 nəfər imtahan vermişdi. 2016-cu ildə 39039 plan yeri uğrunda 78545 nəfər imtahan vermişdi. Onların ixtisas qurupları üzrə paylanması belə idi: I qrup üzrə 13632 plan yerinə 31397 nəfər, II qrup üzrə 12315 plan yerinə 22135 nəfər, III qrup üzrə 9782 plan yerinə 19673 nəfər, IV qrup üzrə 3310 plan yerinə 5340 nəfər imtahan vermişdi”.
Qəbul imtahanlarında cari ilin və əvvəlki illərin abituriyentlərinin iştirak faizinə gəldikdə isə, ekspert deyir ki, hər il universitetə sənəd verən abituriyentlərin heç də hamısı həmin ilin məzunu deyil: “Orta məktəbləri bitirənlərin 70 %-i təhsillərini ali məktəblərdə davam etdirmək üçün sənəd qəbulunda iştitak edirlər. Hər il qəbul imtahanlarında iştirak edənlərin 60-63 %-i cari ilin məzunları, 37-40 %-i əvvəlki illərin məzunları təşkil edir. Hər il qəbul imtahanı vermiş abituriyentlərin 50 %-i keçid balını toplaya bilmir”.
Son illər ərzində məzunların sayı ilə qəbul imtahanlarından sonra plan yerində dəyişikliklər də var. Ümumiyyətlə orta məktəblərdən məzun olanların sayında illər üzrə azalmalar var. Belə ki, 2007-2016-cı illərdə XI siniflərin sayı 113.922 nəfərdən 84 minədək və ya 29 min (25 %) azalmışdır. XI sinif məzunlarının sayının kəskin azalmasına baxmayaraq, eyni dövr ərzində qəbul planında nəzərdə tutulmuş yerlərin sayı 26.729 nəfərdən 38 min nəfərədək və ya 12 min (42%) nəfərədək artmışdır.
İlahə