Son vaxtlar bir sıra dələduz müxtəlif adlar altında vətəndaşları, əsas da imtahan iştirakçılarını aldatmağa cəhd göstərir. Belə ki, bu dələduzlar onlara imtahan suallarını verəcəklərini, imtahan ballarına müdaxilə edərək artıracaqlarını, imtahana buraxılış vərəqində istədiyi yerdə əyləşə bilməsi üçün sıra və yeri dəyişə biləcəyini və s. vədlərini verərək öncədən pul tələb edirlər.
Tribunainfo.az xəbər verir ki, bu barədə məlumatı təhsil eksperti Elçin Əfəndiyev paylaşıb. O bildirib ki, təəssüf ki, bəzi sadəlövh vətəndaşlar qurulan bur tora düşürlər:
“Bu cür aldanmış vətəndaşlar vəziyyəti anlayanda onlar üçün artıq gec olur. Nəzərinizə çatdırım ki, Dövlət İmtahan Mərkəzi xüsusi dövlət mühafizəsindədir. Ən ciddi qorunan obyektlədən biridir. Kibertəhlükəsizlik yüksək səviyyədədir. Hər hansı kənar müdaxilə mümkün deyil. Ona görə də vətəndaşlar diqqətli olmalıdır. Abituriyentləri dələduzlardan uzaq durmağa çağırıram”.
Nigar