Abid Şərifovun nəvəsinin istirahət mərkəzi üzə çıxdı – FOTO

Abid Şərifovun nəvəsinin istirahət mərkəzi üzə çıxdı – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Baş Nazirinin sabiq müavini Abid Şərifovun Londonda yaşayan nəvəsi Nicat Mahmudovun istirahət mərkəzi üzə çıxıb.

TİA.AZ-ın xəbərinə görə, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.

C.Həsənli bildirib ki, N.Mahmudova məxsus Şəki Park hotel kompleksi 4 hektar ərazini əhatə edir: “Tikili sahəsi 5 213 kv m. olan mehmanxana və kotteclərdən ibarətdir. N.Mahmudov 6 saylı cəzaçəkmə müəssisəsinin rəisi Məmməd Mahmudovun oğludur, 20 yaşından İngiltərə paytaxtında bizneslə məşğul olur”.

TİA.AZ