backend

Abid Şərifov İsraildə “ürək əməliyyatından keçib”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın baş nazirinin müavini Abid Şərifov keçən həftə təcili ürək əməliyyatından keçmək üçün İsrailin Haifa şəhərində yerləşən Rambam Tibbi Mərkəzinə aparılıb, İsrail mətbuatı deyir. 

Azərbaycanın baş nazirinin müavini Abid Şərifov keçən həftə təcili ürək əməliyyatından keçmək üçün İsrailin Haifa şəhərində yerləşən Rambam Tibbi Mərkəzinə aparılıb, İsrail mətbuatı deyir.

“Times of İsrael” qəzeti yazır ki, baş nazirin müavini Bakıda ürək ağrıları səbəbindən xəstəxanaya getdikdən sonra həyatı üçün təhlükə yaradan problem aşkar edilib.

Bu səbəbdən təcili olaraq Rambad Tibbi Mərkəzinə gətirilən cənab Şərifovun ürəyinə kardiostimulyator və defribrillator aparatı yerləşdirilib, məlumatda deyilir.

Əməliyyat zamanı ürək damarlarından birinin daraldığını aşkar edən cərrahlar angipolasty əməliyyatı (şar şunt və stent istifadə edərək) apararaq damarı genişləndiriblər, qəzet yazıb.