Abel Məhərrəmovun Ramiz Mehdiyev haqqında dedikləri ŞOK etdi

Abel Məhərrəmovun Ramiz Mehdiyev haqqında dedikləri ŞOK etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabiq deputat, təhsil üzrə ekspert Etibar Əliyev hazırda ev dustaqlığında olan Ramiz Mehdiyevin biblioqrafiyasında akademik Abel Məhərrəmovun yazdıqlarını ictimailəşdirib.

Tribunainfo.az xəbər verir ki, 2018-ci ildə “Azərbaycanın görkəmli şəxsiyyətləri seriyası”ndan Ramiz Mehdiyevin “Biblioqrafiya”sından hissələr paylaşan sabiq deputat bu dəfə biblioqrafiyanın “Azərbaycanın dövlət elm və mədəniyyət xadimləri Ramiz Mehdiyev haqqında” hissəsində akademik Abel Məhərrəmovun ürək sözlərini yayımlayıb.

A.Məhərrəmovun R.Mehdiyev haqqında yazdıqlaırını təqdim edirik:

“Son dərəcə səlis, axıcı, zəngin və orijinal bir üslülda yazılan, dərin elmi-fəlsəfi məzmunu ilə fərqlənən “Modernləşmə xətti yenə də gündəlikdədir” əsəri Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin yeni dünya nizamının reallığını düzgün müəyyənləşdirən, ölkənin gələcək inkişafı ilə bağlı yetkin elmi-konseptual baxışlara malik siyasətçi və dövlət xadimi, filosof olduğunu bir daha təsdiqləyir.

Düşünürük ki, akademikin bu əsərində yüksək vətənpərvərliklə irəli sürdüyü tezislər Bakı Dövlət Universitetində gənclərlə işin daha səmərəli təşkili, onların yeni dövrün gerçəklikləri ruhunda formalaşması baxımından əhəmiyyətlidir. Çünki universitet tarixən milli ictimai fikrin əsas daşıyıcılarından olmuş, fəaliyyətində daim milli ideyalara əsaslanmışdır”.

Gülşən Rəsul