Abdullayev: “Neftçi”də hər şey var, oyun yoxdur”backend

Abdullayev: “Neftçi”də hər şey var, oyun yoxdur”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində “Qarabağ” “Azərsun Arena”da “Neftçi”ni qəbul etdi. Dumanlı havada gərgin keçən matçda “Neftçi” hesabı açsa da, bu üstünlüyü qoruya bilmədi və qapısında top gördü. 1:1 hesabı ilə yekubnlaşan matçdan sonra isə “Neftçi” özünü bir qədər də çətinə salmış oldu.
Azərbaycanın keçmiş futbolçularından olmuş Oqtay Abdullayev oyunla bağlı fikirlərini bildirib. Hazırda”Turan Tovuz”un Müşahidə Şurasının sədri vəzifəsində çalışan “Neftçi”nin sabiq futbolçusu hər iki komandanın çempionluq üçün oynadığını deyib:
“Kim deyə bilərdi ki, “Turan Tovuz” və ya “Şamaxı” “Sabah”ı məğlub edər. Deyəsən, Qurban Qurbanov bəzi futbolçulara istirahət verib, cavanları oynadırdı. Əslində, gəncləri elə bu cür oyunlarda oynatmaları yaxşıdır. “Neftçi” də Azərbaycanın lider komandalarındandır. Maraqlı oyun alındı”.
Abdullayev sabiq klubu “Neftçi”nin durumuna ayrıca toxunub:
“Neftçi” daha yüksəsklərdə olmalıdır. Bugünkü yeri “Neftçi”yə yaraşmır. Vuruşan komanda olmaldır. Köklü klubdur, yaxşı vəsait ayrılır. Hər şey var, oyun yoxdur. Bilirsiniz necədir, biz “Turan Tovuz”a Ayxan Abbasovu gətirdik. Məşqçidən çox şey asılıdır. Tərlan Əhmədovun gəlişindən sonra “Kəpəz” də oynayır. Komanda ətrafında çoxlu söz-söhbət olur deyə bu, pis təsir edir. “Neftçi” daha yaxşı oyuna layiqdir”.

Keçmiş futbolçu “Neftçi”nin nəinki çempionluğuna, heç ikinci yeri tutacağına da inanmadığını bildirib:
“İnanmıram çempion olsun. İkinci yer üçün bəlkə mübarizə apara bilər. İstərdim ki, heç olmasa komanda ikinci yeri tutsun. “Sabah” yaxşı başlamışdı. Xoşuma gəlirdi, hər şey yaxşı idi. Ancaq “Turan Tovuz”la oyundan sonra, “yatdılar”. Ola bilər rəqibi qiymətləndirmədilər, saymadılar. Futbolda bu kimi hallara rast gəlinir. Rəqib zəif olanda lider komanda oyuna köklənə bilmir”.
O, “Neftçi”də yerli məşqçilərin çalışmasını daha məqsədəuyğun saydığını deyib:
“Bizim məşqçilərə də inanmaq lazımdır. Yerlilərə də şəarit yaradılmalıdır. Ancaq bizimkilər xaricilərə şərait yaradır, yerlilərə yox. Əcnəbiyə verilən pula hansısa perspektivi olan yerli məşqçini oxumağa göndər. Getsin İtaliyada, İspaniyada, Türkiyədə öyrənsin, gəlsin. Xaricilər bu gün gəlir, sabah gedir. Əcnəbilər də lazımdır, ancaq onlar gələndə yerli məşqçiləri köməkçi kimi götürməlidir”.