İyunun 30-da Abdullah Zubirin bizimlə müqavilə müddəti bitir. O, azad agent kimi istənilən kluba gedə bilər.
Bunu açıqlamasında “Qarabağ”ın baş meneceri Asif Əsgərov 32 yaşlı yarımmüdafiəçinin hazırlıqlara qoşulmaması barədə danışarkən deyib.
Klub rəsmisi fransalı oyunçunun komandada qalmasında maraqlı olduqlarını bildirib: “Danışırıq. İnanırıq ki, yaxın günlərdə danışıqları yekunlaşdıracağıq”.
Qeyd edək ki, Abdullah Zubir 2018-ci ildən “Qarabağ”da çıxış edir.