Abdullah Gülün köməkçisi həbs olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

FETÖ istintaqı çərçivəsində nəzarətə alınan və məhkəmədə şərti azadlığa buraxılan Ayişə Yılmaz barəsində həbs qərarı çıxarılıb. 

FETÖ istintaqı çərçivəsində nəzarətə alınan və məhkəmədə şərti azadlığa buraxılan Ayişə Yılmaz barəsində həbs qərarı çıxarılıb.

TİA.AZ türk mediasına istinadla xəbər verir ki, Ankara prokurorluğunun həyata keçirdiyi FETÖ istintaqı çərçivəsində nəzarətə alınan Ayişə Yılmaz polisin əməliyyatından sonra ədliyyəyə gətirilib. Ankara prokuroruna ifadə verən Yılmaz məhkəməyə aparılıb və şərti cəzaya layiq görülüb.

Ayişə Yılmaz məhkəmədə irəli sürülən ittihamları rədd edib. Bildirib ki, Asiya Bankda hesabı olub, bir qardaşı FETÖ istintaqı çərçivəsində həbs edilib, digər qardaşı isə tutduğu vəzifədən çıxarılıb.

1997-ci ildən bu yana sabiq prezident Abdullah Gülün müşaviri olduğunu, hazırda da bu vəzifədə qaldığını qeyd edən Ayişə Yılmaza hakim şərti cəza kəsib.

Lakin prokuror hakimin bu qərarına etiraz edib, Yılmaz haqqında həbs qətimkan tədbirinin seçilməsini istəyib. Prokurorluğun vəsatətini müzakirə edən məhkəmə etirazın haqlı olduğunu qeyd edərək müşavir haqqında həbs qərarı verib.