Abdullah Gül yenə prezident ola bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyənin keçmiş Prezidenti Abdullah Gül 2019-cu ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürə bilər.

Trend-in məlumatına görə, bu barədə Türkiyə KİV-ləri Ədalət və İnkişaf Partiyasından A.Gülə yaxın olan sabiq deputata istinadən yazır.

Xatırladaq ki, A.Gül 2007-2014-cü illərdə Türkiyə Prezidenti olub.

Qeyd edək ki, gələn il Türkiyədə prezident, parlament və bələdiyyə seçkiləri keçiriləcək. Parlament və prezident seçkilərinin eyni gündə keçiriləcəyi gözlənilir.