Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən tikintisinə icazə verilmiş qanunsuz tikiliyə görə Heydər Əliyev adına Neft Emalı zavodu Fövqəladə Hallar Nazirliyini və “Bağçalı evlər” MTK-nı məhkəməyə verib.
Tribunainfo.az-ın əldə etdiyi məlumata görə, işin mahiyyəti qanunsuz tikilinin sökülməsidir.
İşə Abşeron Rayon Məhkəməsində hakim Elman Məmmədovun sədrliyi ilə baxılır.
İlk iclas 31 avqust tarixində baş tutacaq.