Abdin Fərzəliyevin nümayəndəsi istintaqa cəlb olundu – Milyonluq korrupsiya…backend

Abdin Fərzəliyevin nümayəndəsi istintaqa cəlb olundu – Milyonluq korrupsiya…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi, Azərbaycanda bir sıra qurumların rəhbərləri və yüksəkvəzifəli əməkdaşlarının korrupsiya cinayətlərinin üstü açılıb. Səhiyyə, Elm və Təhsil Nazirlikləri və Milli Elmlər Akademiyasının tabeliyindəki mərkəzlərdə dövlət vəsaitlərinin mənimsənilməsi faktları ortaya çıxıb.
Bu dövrdə cinayət məsuliyyətinə cəlb edilən 80 şirkətə rəhbərlik edən Kərimov Rüfət Nurəddin oğlunun ifadələri isə araşdırmanın əhatə dairəsini genişləndirib. Onun şirkətlərinə dövlət qurumlarından və onların müəssisələrindən müxtəlif təyinatlı pulların köçürülməsi Maliyyə Monitorinqi Mərkəzini şübhələndirib. Bir neçə ay davam edən istintaqla ehtimal olunandan daha böyük yeyintilər üzə çıxıb.
Rüfət Kərimovun şirkətləri ilə hansı qurumlar müqavilə bağlayıb?
Müəyyən edilib ki, dövlət qurumları tərəfindən şirkətlərə tikinti materiallarının alınması, su ilə təmin etmə və digər xidmətlər adı ilə 3 milyon manat pul köçürülüb.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi cinayətdə iştirak edən şəxsləri tək-tək istintaqa cəlb edib. Hər biri Cinayət Məcəlləsinin xeyli miqdarda mənimsəmə və vəzifə saxtakarlığı maddələri ilə təqsirli biliniblər.
Tribunainfo.az bildirir ki, korrupsiyaya bulaşmış həmin rəsmilər arasında Abşeron rayonu İcra Hakimiyyəti başçısının Pirəkəşkül kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Firidov Elməddin Elşad oğlu da var. Bu faktın özü təsdiqləyir ki, Abşeron İH rəhbərliyi məsələdən məlumatlı olub və ondan xəbərsiz icra nümayəndəsi korrupsiyaya qurşana bilməzdi.
Qeyd edək ki, rayonun icra başçısı Abdin Fərzəliyevdir. Bundan əvvəl də Abşeron İH-də antikorrupsiya həbsləri aparılıb. Lakin görünür ki, rəhbərliyin dəyişməsi idarəetmədə heç bir müsbət yeniliyə səbəb olmayıb. Abşeron İH-nin Elməddin Firidovun istintaq cəlb olunması ilə bağlı açıqlamasını işıqlandırmağa hazırıq.

 

Faiq