104 min nəfər əhalisi olan Xırdalanın əsas prospektində bir dənə də işıq dirəyi yoxdur.
Tribunainfo.az xəbər verir ki, Xırdalan sakinləri bildirib ki, prospekt mağazaların, avtomobillərin işıqlarının hesabına aydınlanır. Gecə yarısı bütün mağazalar bağlandığı üçün prospekt də zülmətə bürünür.
Sakinlər bildirib ki, nəinki işıq, küçədə, yol kənarında heç işıq dirəyi də yoxdur. Bu problemdən ən çox əziyyəti isə sürücülər çəkir. Yol işıqlandırılmadığından xüsusilə axşam saatlarında yoldakı maneəni görmək mümkün olmur.
Hər gün daha da genişlənən və əhalisi durmadan artan Xırdalan şəhərində əsas prosoektin aydınlatılması bu səviyyədədirsə, şəhərin adi yollarındakı, ara küçələrindəki vəziyyəti təsvir etmək çətin deyil.