ABDİN FƏRZƏLİYEV XIRDALANDA YAŞILLIQLARI YANDIRIB TİKİNTİYƏ QURBAN VERDİ -VİDEObackend

ABDİN FƏRZƏLİYEV XIRDALANDA YAŞILLIQLARI YANDIRIB TİKİNTİYƏ QURBAN VERDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xırdalanın girişindəki “Qafqaz dairəsi” adlanan ərazidə yaşıllıqlar məhv edilir.

Tribunainfo.az xəbər verir ki, bu barədə vətəndaş Ceyran Ələkbərova sosial media hesabında məlumat yayıb. Onun sözlərinə görə, ərazidə aparılan tikinti işləri ilə əlaqədar böyük bir yaşıllıq massivi ekoloji terrora məruz qalmaqdadır. Sosial şəbəkədə yayımlanan görüntülərdən də bəlli olur ki, Xırdalanın girişində yaşıllıqlar tikintiyə qurban verilir.
O da bildirilir ki, ərazinin zəbt edilməsi hesabına aparılan işlərin davamı olaraq indi də ağaclar yandırılır. Bəzi ağaclar kəsilsə də, indi tikintiyə mane olan ağaclar axşam düşdükcə yandırılır, qurudulur. Yandırılan ağacların yerində yaxın günlərdə növbəti tikinti işləri aparılacaq.

Lakin təkcə Xırdalan deyil, ümumən Abşeron rayonunun digər yaşayış yerlərində də yaşıllıqlar kəsilir, səkilər, piyada yolları qarış-qarış satılır. Xüsusən də bu qanunsuz hərəkətlər Abdin Fərzəliyevin Abşeron rayonuna icra başçısı təyin edilməsindən sonra sürətlənib.
Buna qədər keçmiş başçı İradə Gülməmmədova Xırdalan, Masazır, Mehdiabad, Gorədil və digər yaşayış massivlərində daşı daş üstə qoymamışdısa, Abdin Fərzəliyevin paytaxtın Nərimanov rayonundan Abşerona başçı göndərilməsi ilə bu əməllər bir qədər də artıb.
İndi Xırdalan, eləcə də Abşerondakı digər yerlər rus işğalçı ordusunun Ukraynada bombaladığı Baxmut, Marinka, Xerson şəhərlərini az qala xatırladır. İndisə A.Fərzəliyev satmağa yer qalmayıb deyə Xırdalan dairəsində yaşıllıqları ekoloji genosidə məruz qoymaqdadır.
Bu ekoloji qəsdlə bağlı Abşeron rayon İcra Hakimiyyətinin rəsmi izahını işıqlandırmağa hazırıq.