Abşeron rayon icra başçısı Abdin Fərzəliyevin Abşeronda satmadığı yer qalmayıb. Qanunsuz və necəgəldi formada aparılan tikinti işləri Abşoronda hərəkət etməyə piyada səkisi, avtobus gözləmək üçün dayanacaq yeri qoymayıb.
Tribunainfo.az yazır ki, Abşeron sakinlərinin şikayətinə görə, artıq piyada səkiləri, avtobus dayanacaqları da satılıb. Sakinlər bildirir ki, qəzet köçklərinin ətrafına qədər hər yer satılıb:
“Bura avtobus dayanacaq məntəqəsidir. Təkcə bu yerdə bir deyil, bir neçə problem var. Səki yoxdur, üstəlik, qəzet köşkünün ətrafına düzülən soyuducular piyadanın yolunu bağlayıb”.
Sakinlər bildirir ki, dayanacağın da düz qabağında “manatlıq” taksilər durduğu üçün piyada ya maşın yoluna çıxmalı, ya da köşkün arxa tərəfi ilə getməlidir. Avtobuslar da taksilərə görə yolun ortasında dayanırlar.
Piyadaların hər gün burada nələr yaşadığını təsəvvür etmək çətin deyil. Puyada səkilərinin yarısı qanunsuz tikililər səbəbindən zəbt edilib. Səkiləri qalan hissəsində də nə isə satıldığı üçün hərəkət etmək mümkünsüzdür.