Abbas Əraqçı: “İsrailə hava məkanı verən ölkələri İranın düşməni hesab olunacaq”backend

Abbas Əraqçı: “İsrailə hava məkanı verən ölkələri İranın düşməni hesab olunacaq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İranın xarici işlər naziri Abbas Əraqçı İsraillə əməkdaşlıq edən ölkələri hədələyən bəyanatla çıxış edib. Tribunainfo.az xəbər verir ki, nazir “İran tərəfi öz hava məkanını İsrailə verən istənilən ölkəni düşmən hesab edəcək” fikirlərini səsələndirib.

Qeyd edək ki, İsrail İranı hərbi təyyarələrlə vurmaq üçün istifadə edərəsə, İraq və Suriya üzərindən 1600 km yol qət etməlidir. Bundan başqa, İsrail Fars körfəzindəki və Aralıq dənizindəki bazalarından da istifadə edə bilər. Bu isə məsafənin bir qədər də azalması deməkdir.

Lakin İranın bu açıqlaması heç də Suriya və İraqla bağlı deyil. Tehran həmçinin dolayısı ilə Türkiyə və Azərbaycanı da “təhdid” edir. Belə ki, İran uzun zamandır Azərbaycanda İsrail bazalarının olmasını iddia edir və bundan şantaj vasitəsi kimi yararlanır. Bundan başqa, Tehran rejimi İsrailin Türkiyədəki İncirlik bazasından İsrailin yararlana biləcəyini də bir zamanlar ittiham kimi dilə gətirirdi.