“Azərbaycan Beynəlxalq Bankı” və “AAAF İnşaat”la bağlı məhkəməyə müraciət olunub.
Tribunainfo.az xəbər verir ki, bank və tikinti şirkəti ilə bağlı iddianı vətəndaş Rəhimov Elçin Zakir oğlu qaldırıb. İşin mahiyyəti müqavilədən əmələ gələn öhdəliklər üzrə mübahisədir. İddiaçı ABB və “AAAF İnşaat”ı borc müqaviləsi səbəbindən məhkəməyə verib.
İş Abşeron Rayon Məhkəməsindədir. 4 iyul tarixində hakim Habil Əhmədovun sədrliyi ilə işə baxılacaq.
Tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.
Nigar